Azərbaycanın əksər məscidlərində Qədr gecəsi mərasimi keçirilib

  • 0
    paylaşım

Bakı, Gülnarә Quliyeva, İnteraz, 21 Aprel 2022, 13:09

Hər il olduğu kimi bu ildə də Ramazan ayının Qədr gecələrində əhya mərasimləri keçirilib.

 

İnterAz xəbər verir ki, Ramazan ayının 19, 21 və 23-cü gecələrində əhya mərasimlərinin keçirilməsi hər il olduğu kimi bu ildə də Azərbaycanın əksər məscidlərində həyata keçirilir.

 

Möminlər bu Qədr gecələrinin əhya mərasimləri çərçivəsində “Cövşən-Kəbir” münacatını oxumaq, Qurani Kərimi tilavət etmək, Qurani-Kərimi başa qoyaraq dualar etmək, Qədr gecəsi namazını qaılmaq və sair ibadətlərlə bu müstəsna gecəni səhərə qədər oyaq qalmağa çalışırlar.

 

Həmçinin geridə qalan birinci Qədr gecəsi həzrət İmam Əlinin zərbətləndiyi günə təsadüf etdiyi üçün o həzrətin şəninə xütbələr oxunub və ehsanlar verilib.

 

İnterAz Bakı məscidlərində Qədr gecəsi əhya mərasiminin mənəvi abu-havasını əks etdirən bir neçə fotonu təqdim edir:

sss