Putin Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib

...Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir

Bakı , Gülnarә Quliyeva, İnteraz - 18 Noyabr 2021, 17:48

“Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb. Son atışmalar vəziyyətin nizamlanması üçün sülhməramlı qüvvələrin gərəkli olduğunu göstərdi”.

 

İnterAz xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.

 

O, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda oynadığı roldan danışıb.

 

“Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, - V.Putin əlavə edib.

sss