Elman Rüstəmov yeni vəzifəyə təyin olunub

...Bildirilib ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Aprel 2022, 12:35

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib.

 

Bu barədə İnterAz-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

 

Qeyd edək ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.

sss