ATƏT: Azərbaycan və Ermənistan arasında baş tutan görüşü alqışlayırıq

Qeyd edilib ki, birbaşa dialoq münasibətlərin normallaşdırılması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 May 2022, 15:16

Biz Avropa İttifaqının (Aİ) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.

 

İnterAz-ın məlumatına görə bu barədə ATƏT sədrliyinin rəsmi "Twitter" hesabında bildirilib.

 

Qeyd edilib ki, birbaşa dialoq münasibətlərin normallaşdırılması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir.

 

"Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təmin etmək üçün göstərilən səylərə kömək etməyə hazırıq”, - deyə məlumata əlavə olunub.

sss