İlham Süleymanov ölkə başçısı İlham Əliyev tərəfindən təltif edilib

İlham Süleymanov müxtəlif dövlət qurumlarında uzun illər çalışıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 22 Iyun 2022, 19:26

Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

 

İnterAz-ın məlumatına görə, sərəncama əsasən bir qrup şəxs “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

Təltif edilənlər arasında Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini İlham Süleymanov da var. 

 

Belə ki, İlham Süleymanov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 

 

Qeyd edək ki, İlham Süleymanov müxtəlif dövlət qurumlarında uzun illər çalışıb.

sss