Azərbaycan səfirliyi İran xalqına başsağlığı verib

Azərbaycanın Tehrandakı səfirliyi İranın Hörmüzqan əyalətində baş verən zəlzələyə və burada vəfat edənlərə görə İran xalqına başsağlığı verib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 02 Iyul 2022, 11:07

Azərbaycanın Tehrandakı səfirliyi İranın Hörmüzqan əyalətində baş verən zəlzələyə və burada vəfat edənlərə görə İran xalqına başsağlığı verib.

 

İnterAz xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyi bu barədə tvitter səhifəsində paylaşım edib.

 

Fars dilində İran xalqına xitabən edilən başsağlığı paylaşımında deyilir:

 

“İranın Hörmüzqan əyalətində baş verən zəlzələ nəticəsində insanların vəfat etməsi və yaralanmasına görə kədərləndik. İran xalqına və ölənlərin yaxınlarına başsağlığı verir, Mütəal Allahdan yaralılara şəfa diləyirik. Allah vəfat edənlərə rəhmət eləsin!”

 

sss