Prokurorluq: Bakıda ər arvadını məftillə boğaraq qətlə yetirib

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 22 Oktyabr 2021, 09:38

Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə İnterAz-a Qaradağ Rayon Prokurorluğundan bildirilib.

 

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

sss