Azərbaycanda general vəfat edib

...Ədliyyə Nazirliyinin Sabiq idarə rəisi, ədliyyə general- mayoru Zavər Qafarov dünyasını dəyişib

Bakı , Gülnarә Quliyeva, İnteraz - 18 Noyabr 2021, 14:45

Ədliyyə Nazirliyinin Sabiq idarə rəisi, ədliyyə general- mayoru Zavər Qafarov dünyasını dəyişib.

 

Bu barədə İnterAz-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Z. Qafarov dünən ürək tutmasından dünyasını dəyişib.

 

Xatırladaq ki, Z. Qafarov uzun müddət Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı idarəsinin rəisi vəzifəsində çalışıb. 2015-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilərək Ədliyyə Akademiyasının elmi işçisi kimi fəaliyyətini davam etdirib.

sss