Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb

Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır"...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 24 Noyabr 2021, 09:41

Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat Xidmətindən İnterAz-a daxil olan məlumatda deyilir:

 

"Bu gün - noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat  Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb. 

 

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır".

sss