Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

...məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 09:09

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bakı Nəqliyyat Agentliyindən İnterAz-a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Sürücülərə tövsiyə olunub ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin, meterioloji amilləri nəzərə alsınlar.

sss