Azərbaycanda qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb

...Qeyd olunub ki, noyabrın 27-si gündüzdən hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 11:31

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək.

 

Bu barədə İnterAz-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, noyabrın 27-si gündüzdən hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.

sss