Xaçmazda 12 yaşlı uşağı avtomobil vurub

Xaçmazda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

Xaçmaz, Xanlar Cəbrayılov, , İnteraz - 25 Noyabr 2021, 14:54

Xaçmazda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın məlumatına görə, hadisə rayonun Gülalan kəndi ərazisində qeydə alınıb. Məktəbə gedən 2009-cu il təvəllüdlü, Cıqatay kənd sakini Şadmanov Fərhad Ummat oğlunu avtomobil vurub.  Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. F.Şadmanova alın nahiyyəsinin cırılmış yaralanması. Qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

sss