Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır..
Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 14:46
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.
Bu barədə İnterAz-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.