Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 17:08

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb.

 

Xidmətdən İnterAz-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

sss