2022-ci ilin ilk Ay tutulması hadisəsi olacaq

...Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 17:22

Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

 

İnterAz xəbər verir ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.

 

Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

 

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

 

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

sss