Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

...2 yeni yoluxma faktı qeydə alınıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 May 2022, 16:37

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, sağalma sayı isə sıfır olub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842, bu günə qədər isə ümumilikdə 6 874 348 test icra olunub.

sss