Şəhid anaları üçün “Zəfər - sağlamlıq" adlı xeyriyyə aksiyası keçirilib

...Proqramın əsas məqsədi Şəhid analarının psixoloji və fizioloji durumlarının yoxlanılması və yaxşılaşdırılmasıdır

Bakı , Gülnarә Quliyeva, İnteraz - 16 Iyun 2022, 16:08

Müasir Psixologiya Mərkəzinin təşəbbüsü, Azərbaycan Müdafiə Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Müasir Psixoloji Dəstək İctimai Birliyi, Xarıbülbül Fidanlarının dəstəyi ilə “Zəfər - sağlamlıq" proqramı keçirilib.

 

İnterAz xəbər verir ki, proqramın əsas məqsədi Şəhid analarının psixoloji və fizioloji durumlarının yoxlanılması və yaxşılaşdırılmasıdır. 

 

Qəhrəmanlarımızın analarını həkimlər - psixoloq Aidə Sübhan, ginekoloq Vüsalə Əsgərova, nevroloq Raisə Tahirova müayinə ediblər. İnteraktiv təbabət üzrə professor, Alternativ Psixologiya elminin müəllifi Yaşar İbadov şəhidlərimizin analarını biorezonans diaqnostikadan keçirib.

 

Müasir Psixologiya Mərkəzində keçirilən aksiyada millət vəkili Jalə Əhmədova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, psixoloq Rövşən Nəcəfov, VMR estetik klinikasının rəhbəri Gülsüm Əliyeva iştirak ediblər. 

 

Qeyd edək ki, xeyriyyə aksiyasının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

sss