Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

... 6 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 16 Iyun 2022, 16:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 792 925 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 130 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 80 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 714, hazırkı dövrədək isə 6 932 255 test aparılıb.

sss