Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində 1 pillə irəliləyib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 12:17

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində 1 pillə irəliləyib.

 

İnterAz-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1128 xalla 128-ci sırada qərarlaşıb.

 

Buna yığmanın UEFA Millətlər Liqasının iyun ayında keçirilmiş matçlarında Belarusla səfər oyununda qolsuz heç-heçə etməsi, ev matçında 2:0 hesablı qələbə qazanması səbəb olub. Qazaxıstan və Slovakiya ilə matçlarda isə müvafiq olaraq, 0:2 və 0:1 hesablı məğlubiyyət qeydə alınıb. Komanda ötən reytinqdə 1126 xalla 129-cu olub.

 

Milli komandanın rəqiblərindən Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cüdür.

 

Reytinqin ilk pilləsində dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pilləyə yüksəlib.

 

Türkiyə seçməsi 1475 xalla 42-ci yerdədir.

sss