• 00:02

Şamaxıda şəhid Cavid Adıgözəlovun xatirəsinə tikilən bulağın açılışı olub

06 Noyabr 2021, 12:56

Şamaxı rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Cavid Adıgözəlovun xatirəsinə inşa edilən bulağın açılışı olub.

 

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri, gənclər, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

 

Rəmzi lent kəsilib, şəhid bulağından su içilib. 

 

Bildirilib ki, şəhid Cavid Adıgözəlovun qısa, lakin şərəfli həyat yolu gəncliyimizə böyük nümunədir.Qəhrəmanımızın cəsur döyüş yolu,  onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.

 

Döyüşlərdə xüsusi şücaət göstərən Cavid Qubadlı, Zəngilan, Füzuli rayonu istiqamətində  düşmənə ağır zərbə vurur. Gərgin gedən döyüşlər zamanı  düşmənin bir neçə postunu ələ keçirən qəhrəmanımız  namərd gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cavid Adıgözəlov  ölümündən sonra "Vətən uğrunda" və  ’’ Fizulinin azad olunmasına’’ görə  medalı ilə təltif edilib.