• 22:20

Bölgələrdə Zəfər Bayramı qeyd edilib

06 Noyabr 2021, 13:05

Mingəçevirdə "Zəfər Nəğmələri" adlı konsert proqramı reallaşıb. 44 günlük Vətən müharibəsindən sonra qazanılan möhtəşəm qələbənin birinci il dönümü “Nur şəhəri” də də qeyd edilib. Mingəçevir Dövlət Dram teatrının tamaşa zalında baş tutan konsert proqramında şəhid anaları,qazilər, şəhər sakinləri iştirak ediblər. Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivinin təqdim etdiyi musiqlər, şagirdlərin hazırladıqları kompazisiyalar tamaşaçılar tərəfindən maraqlı qarşılanıb. 

 

Musiqi nömrələrinin bir birini əvəz etdiyi "Zəfər Nəğmələri" konsert proqramının sonunda tədbirin təşkilatçıları tərəfindən qazilər, şəhid övladı təltif edilib

 

Biləsuvar

 

Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü ərəfəsində Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Bağça-Məktəb-Lisey kompleksində isə  “Açıq dərs” tədbiri keçirilib. 

 

tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov əvvəlcə qeyd edib ki, Mərkəzi Bankın 12 nəfər əməkdaşı eləcə də bu liseyin üç nəfər müəllimi də Vətən müharibəsinə düşmənlə qəhrəmancasına döyüşlərdə olublar. 

 

Çıxışlardan sonra tədbir Lisey Kompleksinin binasında yerləşən elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzinin qonaqlara təqdim edilməsilə davam edib. Burada Vətən müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə “Zəfər tarixi” adlı açıq dərs, “Dəmir Yumruq” şahmat turniri, həmçinin “110 kitab” layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsi təşkil olunub.

 

Daha sonra Liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim ediliməklə  şəhid ailələrinə ərzaq yardımları paylanılıb.