• 22:22

İşıq Üzünə Həsrət Qalan Xaçmaz Sakinləri

06 Noyabr 2021, 14:42

Bu görüntülər Xaçmazın  Şöhrət Cəlilov küçəsindəndir.  Xaçmaz rayonunun 21-ci sahə adlanan yaşayış massivinin sakinləri elektrik enerjisi sarıdan əziyyət çəkir.   Onlar deyir ki, evlərə verilən işığın gücü zəifdir, elektrik dirəkləri və naqillər isə köhnə və qəzalı vəziyyətdədir. Vətən müharibəsi şəhidi Şöhrət Cəlilovun adını daşıyan bu küçə 25 ilə yaxındır salınıb və təxminən 350-dən çox yaşayış evi olan ərazinin elektrik xətləri yararsızdır.  Sınıq dirəklər, kortəbii formada çəkilən naqillər isə əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə imkan vermir. Sakinlərin sözlərinə görə, aidiyyatı dövlət qrumlarına problemlə bağlı dəfələrlə müraciət olunub.  Amma heçbir mənasıda yoxdur.  Müraciət etdikləri Xaçmaz Elektrik Şəbəkə tərəfindən ərazidə bir neçə elektrik dirəyi və naqilləri qismən yeniləri ilə əvəz edilrək elektrikpaylayıcı quraşdırılsa da, digər məsələlər yarıda saxlanıldığı üçün tam həllini tapmayıb.  

 

Sakinlərin enerji problemləri ilə bağlı adiyyatı qurumdan münasibət öyrənməyə çalışdıq. Xaçmaz Elektrik Şəbəkəsindən “İnterAz”-a bildirdilər ki, mövcud problemdən xəbərdardırlar və həmin əraziyə baxışda keçirilib, artıq sözü gedən yaşayış massivinə qisməndə olsa elektrik xətlərinin çəkilməsi işlərinə başlanılıb.  İdarənin sahə rəisi Rauf Səmədovun sözlərinə görə, elektrik xəttlərinin yenilənməsi və qəzalı dirəylərin təzələnməsi üçün ən qısa zaman içərisində lazimi  tədbirlər görülür.   Görünür, sakinlər bir az daha səbrli olsalar, elektrik enerjisi ilə təminatları həyata keçəcək. Ümid edirik ki, nəticə də elə ən qısa zamanda özünü göstərər və illərdən bəri bağlı qalan bu sosial problem də həllini tapar.  Mövzu diqqətimizdə olacaq!