• 22:17

Cəlilabadda şəhid Elçin Ağayevlə vida mərasimi keçirilib

18 Noyabr 2021, 14:13

Ötən gün dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Onlarda da biri Cəlilabad rayon sakini, Elçin Ağayedir. Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad şəhərindəki evində vida mərasimi keçirilib. 

 

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, yerli sakinlər və qazilər iştirak edib. 

 

Daha sonra şəhid əsgər Cəlilabad şəhər  qəbiristanlığında dəfn edilib. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib. Dəfn zamanı orkestr tərəfindən dövlət himni səsləndirilib və fəxri qarovul tərəfindən yaylım atəşi açılıb. 

 

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub. Şəhidimiz 11 ayın əsgəri idi

 

Allah rəhmət eləsin.