• 22:54

Şəhid əsgər Elçin Əliyev Şirvanda dəfn edilib

18 Noyabr 2021, 14:25

Noyabrın 16-da Ermənistan hərbi birləşmələri tərəfindən dövlət sərhədində törədilən  təxribat  nəticəsində şəhid olan hərbçimiz  Şirvan şəhər sakini əsgər Elçin Əliyev Şirvan şəhidlər xiyabanında dəfn edilib.

 

Şəhidin cənazəsi axşam saatlarında Şirvan şəhərində yaşadığı yataqxanaya gətirilib və onunla vida mərasimi keçirilib. Şəhidin vida mərasimi ictimaiyyət nümayəndələrinin, hərbiçilərin və yaxınlarının iştirakı ilə yaşadığı evdə baş tutub. 

 

Vida mərasimindən sonra şəhidin cənazəsi böyük izdihamla şəhidlər xiyabanına qədər müşayiət olunub. Şirvan Şəhidlər xiyabanında şəhər ictimaiyyətinin, hərbiçilərin müşayiəti ilə dəfn edilib.Sonda  hərbi arkestrin  müşayiəti  ilə havaya yaylım atəşi açılb..Qeyd edək ki, Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub.  Respublikamızın ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olanlardan biri Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Elçin Əliyevdir. Şəhid Elçin Əliyev 1 dekabr 2002-ci ildə Şirvan şəhərində anadan olub. 

 

28 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. 16 noyabr 2021-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.