• 23:18

Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək olan ƏMANƏT layihəsi 1 yaşında

20 Noyabr 2021, 15:15

Zəfərlə sonlanan 44 günlük Vətən Müharibəsindən sonra noyabr ayının 11-də hərbçilərimizin övladlarının xidmətində durmaq üçün “Əmanət - Şəhid və Qazi övladlarının fərdi inkişafına dəstək layihəsi” start götürüb.  İndiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 200-ə qədər layihə iştirakçısı olan şəhid və qazi övladları ziyarət edilib. Ziyarət edilən zaman hər ailələrə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib. Həmçinin ehtiyac olan ailələrin texniki təminatı üçün şərait yaradılıb. Layihə məktəbəqədər təhsil müəssisəsi, məktəb, kollec və universitet tələbəsi olan şəhid və qazi övladlarını əhatə edir və təklif olunan bütün xidmətlər təmənnasızdır.

 

Hal-hazırda layihədə 200-dən artıq şəhid və qazi övladı, eyni zamanda bacı və qardaşları, həyat yoldaşları təhsil alır. 150-ə yaxın müəllim, psixoloq, loqoped, həkim və s. sahə mütəxəssisləri xidmət göstərir.

 

Bu gün layihənin start götürməsindən bir il ötür. Bununla əlaqədar olaraq tədbir və rəsm sərgisi keçirilib. Sərgidə şəhid və qazi övladlarının əl işləri nümayiş olunub. Layihənin rəhbərləri bu cür sərgilərin təşkil olunmasının önəmini vurğulayıblar.

 

Tədbir iştirakçıları da öz növbələrində bu cür layihələrin həyata keçirilməsinin önəmini vurğulayıblar.

 

Sərgidə iştirak edən şəhid və qazi övladları da onlar üçün yaradılan bu şəraitdən məmnunluqlarını ifadə ediblər.

 

Daha sonra tədbirin bədii hissəsinə start verilib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra şəhid olan vətən pvladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər bu cür layihələrin keçirilməsinin önəmini bir daha vurğulayıblar.