• 10:46

Şəkidə bir ailənin 4 üzvü yol qəzasına düşüb, ana və oğlu ölüb

12 Fevral 2022, 12:27

Şəkidə dünən baş verən yol qəzasında ölən və xəsarət alanların bir ailənin üzvləri olduğu məlum olub.

 

İnterAz-ın xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhəri Nəsimi rayon sakini - 35 yaşlı Emin Elbrus oğlu Rəsulzadənin idarə etdiyi "KİA Sportage" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı - 40 yaşlı Səbinə Dilqəm qızı Rəsulzadə və 3 yaşlı övladı Eldaq Emin oğlu Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Sürücü Emin Rəsulzadə və digər övladı,9 yaşlı Nəzrin Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.