• 09:37

Qəbələdə ticarət mərkəzində yanğın olub

14 Fevral 2022, 12:38

 

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verib.

 

İnterAz xəbər verir ki, hadisə yerinə qısa vaxtda gələn yanğınsöndürənlər alovun miqyasının genişlənməsinin qarşısını alıblar.

 

Ümumilikdə 12 obyekt - geyim əşyası mağazası, aptek və gözəllik salonu yanıb, 1000 kvadratmetr sahə yanğından mühafizə edilib, o cümlədən arxa tərəfdə yerləşən uşaq bağçasına yanğının keçməsinin qarşısı alınıb. Sahibkarlara dəyən ziyanın məbləği hesablanır.

 

Yanğının səbəbi araşdırılır.