• 10:05

Elektrik enerjisi və mavi yanacaq üzünə həsrət qalan Xaçmaz sakinləri

18 Fevral 2022, 15:34

Bu görüntülər Xaçmazın Muruğoba kəndindəndir. Muruğoba kəndi inzibati ərazi olaraq Xaçmaz rayonunda yerləşsədə elektrik enerjisin Qusar rayonundan alır. Bu halda isə bir kəndin iki rayondan aslı vəziyyətdə qalmasına səbəb olur.  100-ə yaxın yaşayış evi, 300 – dən artıq sakini olan Muruğoba kəndinin sakinləri deyir ki, evlərə verilən işığın gücü zəifdir, elektrik dirəkləri və naqillər isə köhnə və qəzalı vəziyyətdədir. Enerji kəsintisinə hər həftə rast gəlinir. Dərdlərini demək üçün isə Xaçmaz rayonundan bir başa Qusar rayonuna getməli olurlar. Qusar Elektrik Şəbəkənin mühəndisi Etibar  Hacıqayıbovun kənd sakinlərinə müxtəlif bəhanələr gətirərək problemə biganə yanaşması isə ayrı bir dərddir.  Yüksək gərginlikli 10 min kiloVatlıq  elektrik xətti Xaçmazın Yalama kəndindən keçərək Qusar rayonuna verilir. Bu ərazidən keçən hissədə bu xəttin üzərinə 10-dan artıq kənd qoşulur hamsıda Xudat şəhərinin işıq idarəsinə tabedir. Təkcə Muruğoba kəndi Qusar rayonu işıq idarəsinə baxır. 

 

Sözü gedən məsələ ilə əlaqədar üz tutduq "Azərişıq" ASC-nin Qusar rayon Elektrik Şəbəkəsinə. Şəbəkənin baş mühəndisi Etibar Hacıqayıbov şifahi olaraq bildirdi ki,  Qusar rayonunun elektrik enerjisində heç bir uzunmüddətli fasilədən söz gedə bilməz. O cümlədən Muruğoba kəndində də uzun fasilələrlə işıq sönmür. Düzdür xırda problemlər var. Qar yağanda və ya güclü külək olanda ağaclar qırılıb elektrik xətlərinin üstünə düşür və elektrik enerjisinin verilməsində fasilələr yaranır. Savetlər dönəmində 1960-cı illərdə çəkilən xəttlərdir və qəzalıdır. Yeni təmir-tikinti avadanlıqları göndərildikdən sonra lazımi işlərə start veriləcək

 

Məsələ ilə bağlı Xaçmaz Regional Qaz İstismar İdarəsinə üz tutduq. Mövzuya aydınlıq gətirmək üçün rəsmi tərəf olaraq idarədə heçkimi tapmasaqda, qrumun mətbuat xidməti suallarmızı cavablandırdı.

 

Görünür, sakinlər bir az daha səbrli olsalar, elektrik enerjisi ilə mavi yanacaq təminatları həyata keçəcək. Ümid edirik ki, nəticə də elə ən qısa zamanda özünü göstərər və illərdən bəri bağlı qalan bu sosial problem də həllini tapar.  Mövzu diqqətimizdə olacaq!