• 11:08

Cəlilabadda şəhid Musa Əsgərovun doğum günü qeyd edilib

18 Fevral 2022, 17:15

Şəhid baş leytenant Musa Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindənbaşlanan Vətən müharbəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə fərqlənib.

 

Cəlilabad rayonun Sabirabad kəndində dünyaya göz açan qəhrəmanımız 2003-2011-ci illərdə Nizami Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011-2014-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmaqla böyük orduya gedən yolda ilk addımlarını atır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində {AAHM} də təhsil alıb.Musa Əsgərov sentyabrın 28-də Cəbrayıl rayonu Cəfərabad kəndində kəşfiyyatda olarkən düşmən tərəfindən pusquya düşürülərək şəhid olub onun nəşi 4 gün düşmənin nəzarət etdiyi ərazidə qalıb.oktyabrın 2 də şəhidimizin nəşi döyüş meydanından götürülərək ailəsinə təhvil verilib. Şəhidimizin doğum günü münasibətilə keçiirlən tədbirdə Cəlilabad rayon İcra Hakimiyyəti Hüquq mühafizə orqanlarının nümayəndələri, qazilər və şəhid ailələri iştirak ediblər. Əhli-beyit qrupu tərəfindən cəmi şəhidlərin ruhuna Quran oxunub.

 

Musa Əsgərov körpə yaşlarından böyük qardaşı ilə anasının himayəsində böyüyüb. Anası Sevda Əsgərova oğullarının vətənpərvər, təhsilli böyüməsi üçün əlindən gələni əsirgəməyib.

 

Bu gün ailədə Musanın yoxluğu hiss olunmur. Onun şəhadətə qovuşmasından bir həftə sonra dünyaya göz açan qardaşı oğlu şəhid Musanın adını daşıyır. İkinci qəhrəmanın böyüdüyü ailədə indi hər kəs bu körpə ilə nəfəs alır.

 

Qeyd edək k, Şəhidimiz göstərdiyi qəhrəmanlıq və şücaətlərinə görə, ölümündən sonra Kəlbəcərin azad olunmasına görə, Vətən uğrunda və İgidliyə görə və Azərbaycan Bayrağı ordeni ilə təltif olunub.