• 10:27

“Welsy-School”un təqdimetmə mərasimi keçirilib

01 Mart 2022, 16:01

Welsy-nin yeni layihəsi olan “Welsy-School” un təqdim etmə mərasimi keçirilib. 

 

Bu layihə hər kəsə özü və bütün ailəsi üçün sağlam həyat tərzi və qidalanma mövzusunda məlumat almaq imkanı vermək məqsədi daşıyır.

 

Məktəbdə keçirilən təlim sağlam həyat tərzi üzrə mütəxəssislərlə seminarlardan və mətbəxdə canlı master-klasslardan ibarət olacaq.

 

Məktəb haqqında ətraflı məlumatı bizlərə Welsy-nin həkim dietoloqu Maya Vahidzadə təqdim edib.

 

Qeyd edək ki, Welsy by Referans Azərbaycanda ilk və yeganə sağlam və müalicəvi qida təklif edən unikal layihədir.

 

Welsy professional həkim-dietoloqlar və peşəkar aşpazlarla birgə hazırlanmış sağlam qidaları hazırlayan və çatdıran catering şirkətidir.

 

Yeməklər hazırlanarkən kimyəvi tərkibi, məhsulların kəmiyyət nisbətləri, yeməyin makro və mikroelement tərkibi, sağlam bağırsaq mikroflorasının qorunması nəzərə alınır.

 

Müəyyən menyu təyin etməzdən əvvəl müştərilər həkim-dietoloqun konsultasiyasından keçirl, sonra isə fərdi hesablamalar aparılır və müştərinin tibbi göstəriciləri və dad üstünlükləri nəzərə alınır.

 

Və sonunda hazırlanmış qida paketləri evə və ya istənilən ünvanlara çatdırılır.

 

Welsy komandası maraqlı reseptlərin tətbiqi və öz brendinin inkişafı üzərində fəal işləyir, o cümlədən Azərbaycanın ən yaxşı məhsul istehsalçıları ilə əməkdaşlıq edir.