Göygöldə yol qəzasında Türkiyə vətəndaşı ölüb
15 Iyun 2022, 14:18
Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
İnterAz xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR arxadan qoşqulu "KamAZ"a çırpılıb."KamAZ" yoldan çıxaraq aşıb,yük yerində olan çınqıl yol dağılıb.
Qəza zamanı TIR-ın sürücüsü 1979-cu il təvəllüdlü Mecit Bakır hadisə yerində ölüb.Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1979-cu il təvəllüdlü Mecit Bakır Mehmet oğlunun meyitini deformasiyaya uğrayan "Renault" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.