• 10:45

Qeyri-sabit hava şəraiti yaş barama tədarükündə gecikmələrə səbəb olub

15 Iyun 2022, 14:25

Qax rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb.

 

İnterAz xəbər verir ki,mövsümün ilk günlərində kümçülər tərəfindən rayondakı qəbul məntəqəsinə beş tona yaxın yaş barama təhvil verilib. Qax Damazlıq ,İpəkcilik stansıyasının sex rəisi Laləzar Heydərova bildirib ki, builki mövsümdə Qax rayonunda yaş barama istehsalının 18-19 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün 261 kümçü ilə müqavilə bağlanılıb, onlara Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 380 qutu ipəkqurdu paylanılıb.Amma havaların qeyri sabit kecməsi baramaçılığa da öz təsirini göstərib ona görə tədarükdə gecikmə halları baş verir 

 

Qeyd edək ki, məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir.