• 10:19

Gediş-gəliş üçün təhlükə yaradan qədim körpü yenidən tikilib

15 Iyun 2022, 14:49

Dəliquşçu avtomobil yolunun 1-ci kilometrliyində, Aşağı Şirvan Korrektorunun üzərində yerləşən körpünün əsası 1969-cu ildə qoyulub.

 

İnterAz xəbər verir ki, 51 il ərzində, demək olar ki, tamamən yararsız hala düşdüyündən 5-6 kəndin müntəzəm istifadə etdiyi ən əlverişli gediş-gəliş yolu təhlükəli hal almışdı. 39 saylı Zərdab Yol İstismar İdarəsi tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə körpünün vəziyyəti barədə məlumat verilib. Agentlik əraziyə baxış keçirib və bu ilin 14 aprel tarixində körpünün yenidən tikintisinə başlanılıb, qısa müddət ərzində işlər tamamlanıb, açılış olub və istifadəyə verilib.

 

Qeyd edək ki, müasir tələblərə uyğun tikilən körpünün hərəkət hisəsinin eni 5 metr 20 santimetr, piyada səkiləri 1 metr olmaqla uzunluğu 30 metrdir.