• 18:50

Şamaxıda “son zəng” günü məktəb yanıb

15 Iyun 2022, 14:59

Şamaxıda son zəng günü məktəb yanıb.Hadisə rayonun Şirvan kəndində qeydə alınıb.

 

İnterAz xəbər verir ki, məzunlar sonuncu dəfə bir araya gəlib deyib, gülüb əylənib məktəbi yenicə tərk etmişdilər ki, yanğın xəbərini eştdilər.

 

Məzunlar əlamətdar gündə yaşanan bu hadisədən böyük sarsıntı keçiriblər.

 

9 sinif otağından ibarət olan bina 1927 ildə inşa olunub.Köhnə məktəb binası 2019 cu ilə qədər tədris ocağı kimi fəaliyyət göstərsə də, şagirdlər 3 ildir məktəbin həyətində quraşdırılan modul tipli məktəbdə təhsil alırdılar . 

 

Ancaq köhnə məktəb binası da istifadə olunurmuş.Belə ki,bu binada  direktor otağı, müəllimlər otağı və məktəbin kitabxanası yer alıb.

 

Yanğın zamanı binanın içərisində bir neçə əşya və sənədlər çıxarmaq mümkün olsada, bir çox avadanlıq yanaraq yararsız hala düşüb.

 

Ümumilikdə 330 kv metrlik tikili yanaraq külə dönüb.Hadisə yerinə FHN nin Şamaxı Yanğından mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

 

Yanğının yaxınlıqdakı yeni məktəb binasına keçməsinin qarşısı alınıb.

 

Hadisənin dəqiq səbəbləri araşdırılır.