• 19:25

Qoyunları çaqqalın hücumundan qorumaq istədi, lakin...

16 Iyun 2022, 11:52

 Zaqatalada 72 yaşlı kişiyə çaqqal hucum edib.

 

İnterAz xəbər verir ki, hadisə ötən gün rayonun Bəhmətli kəndində baş verib. 

 

Həmin kənd sakini 1950-ci il təvəllüdlü Mümtəzir Muradov kəndin ərazisində özünə məxsus qoyunları otaran zaman yaxınlıqdakı kolluq sahədən çaqqal çıxaraq qoyunlara hucum edib. Qoyunları çaqqalın hucumundan qorumaq istəyən Mümtəzir Muradova yırtıcı heyvan hucum edib. Nəticədə yırtıcı kənd sakininin hər iki aşağı ətrafına bir-neçə yerdən xəsarət yetirib. 

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Mümtəzir Muradova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.