• 19:12

“Son zəng”i qeyd etmək üçün istirahətə getdi, lakin çayda boğuldu

16 Iyun 2022, 13:33

Masallı rayon Mollaoba kənd məktəbinin buraxılış sinfinin məzunları istirahət üçün gəldikləri məkanda bədbəxt hadisə ilə üzləşiblər. Hadisə Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində baş verib. 

 

İnterAz xəbər verir ki, Masallı rayon Mollaoba kənd sakini, 17 yaşlı Məhəmmədəli Əzizli sinif yoldaşı ilə birlikdə həmkəndli dostlarının çağırdığı digər istirahət mərkəzinə gedib. Orada ehtiyatsızlıqdan Məhəmmədəli Əzizlinin ayağı sürüşüb və çaya düşərək boğulub. 

 

Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.