• 09:53

Qaradağlı sakinləri taksi qiymətlərinin baha olmasından şikayət edir, səbəb isə...

18 Iyun 2022, 13:11

Bakı-Qazax magistralından kəndin içərisinə doğru illər öncə asfalt örtüyü çəkilib. Lakin zamanla yol dağılaraq yararsız hala düşüb. Nəticədə isə belə bir görüntü yaranıb...

 

6 kilometrə qədər olan məsafə yarım əsrə yaxındır uçuq-sökük yoldan ibarətdir. Ona da yol demək olarsa. Ümumilikdə 4500-dən çox sakini olan kəndin girişinin əsas magistralın düz yanından keçməsi burada yaşayan insanların bütün sahələrdəki fəaliyyətinə mənfi təsir göstərir.  

 

Yolların bərbad halda olması kəndin rayon mərkəzi, eləcə də, digər rayonlarla iqtisadi əlaqələrinə də təsirsiz ötüşmür. Avtomobili olmayanlar taksi qiymətlərinin haqlı olaraq kəskin bahalığından, sürücülər isə tez-tez ehtiyat hissələrini dəyişməli olduqlarından gileylənirlər. 

 

Kənd sakinlərinin üzləşdiyi çətinlikləri öz gözlərimizlə gördük və sizlərə də göstərdik. Təbii ki, dərd varsa, dərmanı da vardır. Elə maraqlısı da odur ki, Qaradağlı kənd sakinlərinin yol probleminə əncam çəkən olacaqmı? Bu sualın cavabını kənd icra nümayəndəsindən öyrənmək istəsək də, onu yerində tapa bilmədik. Nəhayət ki, kəndin müvəqqəti bələdiyyə sədrini mikrofon önünə dəvət edə bildik. 

 

Bəli, ümid edirik. İndiki şəraitdə ümid etməkdən və bu yolların da düzələcəyi günü gözləməkdən başqa bir çarəmiz yoxdur.