• 11:26

Qubada “KOB dest” sərgi-satış yarmarkası keçirilib

20 Iyun 2022, 13:24

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi növbəti “KOB FEST”İ Qubada keçirib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti KOB Fest sərgi-satış yarmarkası Qubada keçirilib.

 

İnterAz xəbər verir ki, yarmarkada Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, sahibkarlar və vətəndaşlar iştirak etdilər. Sərgi-satış yarmarkasının keçirilməsində əsas məqsəd  Quba və ətraf rayonlardan olan KOB subyektlərinin istehsal etdiyi məhsulların satılmasına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıdı.

 

Rayonun Nizami Parkında təşkil olunan “KOB Fest”də Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər və rayonlardan olan 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox adda kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida, müxtəlif sənaye məhsulları, tekstil, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edildi və satışı keçirilib.

 

Yarmarkada yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri də sərgilənib.

 

Qubada keçirilən  “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olundu. Proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Xatırladaq ki, KOBİA-nın təşkilatçılığı ilə Quba rayonunda keçirilən KOB Fest sərgi-satış yarmarkası sayca altıncıdır. Növbəti “KOB Fest” sərgi-satış yarmarkasının iyulun 7-də Şəki şəhərində keçirilməsi planlaşdırılır.