• 18:03

Qubada tatarların milli bayramı Sabantuy

21 Iyun 2022, 14:28

Sabantuy və ya Səpin toyu, yaz işləri ilə başlayan bayramların ən böyüyüdür. Bu bayram yaz aylarında səpin işləri bitdikdən sonra qeyd edilir. Bayramı qeyd etmək üçün bütün xalq bir yerə yığılır şənlik edirlər.

 

 

İnterAz xəbər verir ki, Tatarların milli bayramı olan Sabantuy bayramını dünyanın hər yerində yaşayan tatarları kimi Azərbaycanda yaşayan tatarlar da öz milli adətlərinə uyğun qeyd etdilər- milli geyimlərini geyindilər, öz milli mahnılarını oxuyub, rəqslər etdilər. Azərbaycan xalqının milli bayramı olan Novruz bayramına bənzəyən Sabantuy bayramını da tatar mətbəxinə aid şitniyyatlarlar hazırlayaraq qeyd edirlər. Sabantuy bayramını şəhərdə və kəndlərdə yaşayan tatarlar fərqli qeyd edirlər. Şəhərlərdə bu tədbirlərdə bayram meydanında qeyd edilirsə, kəndlərdə keçirilən bayram tədbiri müxtəlif mərasim və ayinlər icra olunmaqla qeyd edilir. Evlərdə təmizlik işləri aparılır, qonaqlar üçün müxtəlif çeşiddə yeməklər hazırlanır, 50-dən çox atlı evlərdən hədiyyə toplayır. Xatırladaq ki, Sabantuy bayramı Tatarıstanda eramızın 10-cu əsrindən keçirilir və UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.