• 11:00

Səfir: “Yaşıl enerji zonasının planı yapon şirkəti tərəfindən hazırlanıb”

22 Iyun 2022, 13:26

Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Yaponiyanın Azərbaycandakı Səfirliyi arasında 9 mart 2022-ci il tarixində imzalanan “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

 

İnterAz xəbər verir ki, layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının Tərtər rayonunda mövcud olan mina və partlamamış sursatların təmizlənməsində istifadəsi üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasıdır. Layihə 11 minaaxtaranı tam olaraq bütün lazımi avadanlıqlar və nəqliyyat vasitəsilə təmin edir.

 

Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandası 20 ildən artıqdır ki, Azərbaycan ərazilərində mina və partlamamış sursatların  təmizlənməsi fəaliyyətini həyata keçirir. Bu gün açılış mərasimi keçirilən bu layihə Yaponiya Səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində BAMF-a edilmiş sayca 3-cü  yardım layihəsidir.