• 09:39

Bir həkimin döyüş yolu: Atası vəfat edir, onu torpağa tapşırıb könüllü döyüşlərə yollanır

22 Iyun 2022, 14:16

Vətən müharibəsində qazanılan qələbədə onunda payı var.

 

İnterAz xəbər verir ki, söhbət Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya  şöbəsinin həkimi Anar Gümayevdən gedir. Bir əlində silah, bir əlində tibbi ləvazimatlar olan Gümayev Füzulidən Şuşa istiqamətinə qədər döyüş yolu keçib. Könüllü olaraq cəbhəyə yolan düşən zaman atası vəfat edir,onu torpağa tapşırıb kədərini içində boğaraq döyüşlərə yollanır. O, 44 günlük vətən müharibəsində yaşadıqlarını çay süfrəsi arxasında bizimlədə bölüşdü. Müsahibimiz deyir ki, düşmən dəfələrlə Smerç, digər uzaq mənzilli raketlərlə onları hədəf alsada amma komandirlərin düzgün yer seçməsi onları ölümdən qurtarıb.

 

Fizulidən Xocavəndə oradan isə Şuşa istiqamətinə kimi irəliləyən hərbi həkim Sığnaqda qələbəni bayram edib. Düşmən ordusu beynəlxalq hüquq normalarını pozaraq təcili yardım avtomobillərinə, tibb personlına atəş açsada amma bu möhtəşəm qələbimizə heç bir təsir göstərmədi.