İran yerli şirkətlərin Qarabağa yük daşımasını qadağan edib

İran Qarabağa yük daşımaq istəyən şirkətlərə son ayda ikinci dəfə olaraq xəbərdarlıq etdiyini bildirib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2021, 17:18

 İran Qarabağa yük daşımaq istəyən şirkətlərə son ayda ikinci dəfə olaraq xəbərdarlıq etdiyini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin nəzdində olan Yollar və Nəqliyyat Təşkilatı bəyanat verib.

 

Bəyanatda bildirilib ki, təşkilat son ayda müxtəlif şirkətlərə Qarabağa yüklərin daşınması və Laçın koridorundan istifadə etməklə bağlı ikinci dəfə olaraq xəbərdarlıq edib.

 

Xəbərdarlıq bəyanatında bildirilib ki, bu yükdaşımaların qadağan edilməsi yenidən şirkətlərə çatdırılıb.

 

Bəyanatda əlavə edilib ki, İranın Xarici işlər Nazirliyi ilə aparılan məsləhətləşmələrdən sonra Azərbaycan Respublikasına girişin bu ölkənin yalnız rəsmi gömrük keçidlərindən daxil olmaqla həyata keçirilməsinin vacibliyi çatdırılıb.

 

Bəyanatda deyilir:

 

“Buna görə İran vətəndaşları və sürücülərinə təkidlə tövsiyə edilir ki, qeyd edilən addımın mənfi nəticələri ilə üzləşməmək üçün və mövcud həssaslığa görə, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşmaq naminə Ermənistan ərazisindən Laçın şəhərinə və Qarabağa daxil olmasınlar...”

sss