Rostov AES-da sızma olub, ikinci enerji bloku dayandırılıb

...Təhlükəsiz istismar məhdudiyyətləri və şərtlərinin pozulması qeydə alınmayıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 21 Oktyabr 2021, 11:10

Rusiyanın Rostov şəhərindəki Atom Elektrik Stansiyasında (AES) buxar sızıntısı olub.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, hadisə ikinci enerji blokunun bağlanmasına səbəb olub.

 

"İkinci enerji bloku şəbəkədən ayrılıb. Təhlükəsiz istismar məhdudiyyətləri və şərtlərinin pozulması qeydə alınmayıb", - məlumatda deyilir.

 

Qeyd edək ki, Rostov AES Tsimlyansk su anbarının sahilində, Volqodonskdan 13.5 km şimal-şərqdə yerləşir.

sss