Türkiyədə MOSSAD-a qarşı əməliyyatda 15 cəsus ələ keçirilib

Türkiyədə MOSSAD cəsus şəbəkəsinə qarşı əməliyyat keçirilib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 21 Oktyabr 2021, 16:03

Türkiyədə İsrailin MOSSAD xarici kəşfiyyat xidmətinin cəsus şəbəkəsinə qarşı əməliyyat keçirilib. Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) həyata keçirdiyi əməliyyatda 15 nəfərlik dəstə saxlanılıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, MİT tərəfindən yaradılan qruplar bir il ərzində onları mütəmadi olaraq izləyib.

 

MOSSAD üzvü olan 15 nəfərin arasında fələstinli tələbələr də olub. Onların hansı yolla Türkiyəyə gəldikləri araşdırılıb.

 

Məlum olub ki, onlar ölkənin müdafiə sənayesinin fəaliyyətini izləyib və məlumatları pul qarşılığında casusluq etdikləri şəbəkəyə ötürüb.

 

15 nəfərlik qrup fərqli vilayətlərdə eyni zamanda keçirilən əməliyyatla ələ keçirilib.

sss