Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb

...sərhəddəki döyüşlərdə 6 hərbçinin öldüyünü açıqlayıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 19 Noyabr 2021, 10:54

Ermənistan noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb.

 

İnterAz  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu günə olan məlumata görə, sərhəddəki döyüşlərdə 6 hərbçinin öldüyünü açıqlayıb.

 

Nazirlikdən ölənlərin baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryan olduğu bildirilib.

 

Daha bir hərbçinin kimliyi dəqiqləşdirilir.

 

Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə itkin düşmüş şəxslərin müəyyən edilməsi və əsirlərin qaytarılması istiqamətində intensiv işlər davam etdirilir

sss