Birləşmiş Ərəb Əmirlikləri Türkiyədə 10 milyard dollarlıq yatırım edir

...Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri Türkiyədə müxtəlif sahələrdə yatırım məqsədilə 10 milyard dollarlıq fond təsis edib

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 09:29

BƏƏ Türkiyədə 10 milyardlıq yatırım məqsədilə fond təsis edib.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri Türkiyədə müxtəlif sahələrdə yatırım məqsədilə 10 milyard dollarlıq fond təsis edib.

 

Anadolu Agentliyinin xəbərinə görə ötən gün BƏƏ vəliəhdi Məhəmməd bin Zayidin prezident Rəcəb Təyyib Ərdoğanla görüşündən sonra iki ölkə arasında müxtəlif sahələr üzrə 10 razılaşma imzalanıb.

 

Qeyd edək ki, bu səfər iki ölkə arasında 10 ildən çoxdur davam edən gərginlikdən sonra ilk mühüm səfərdir.

 

sss