Rusiyada şaxtada ölənlərin sayı 11 nəfərə çatıb

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində yanğın olub...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 09:40

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərin sayı artır.

 

İnterAz-ın məlumatına görə, xilasetmə xidmətindən bildirilib ki, ölənlərin sayı 11-ə çatıb.

 

***12.30

 

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada ölənlərin sayı artıb.

 

İnterAz-ın xəbərinə görə, bu barədə vilayət administrasiyası məlumat yayıb.

 

Bildirilib ki, baş vermiş tüstülənmə nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

 

***12:06

 

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada 6 nəfər ölüb.

 

İnterAz-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

 

***10:40

 

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərində şaxtada bu gün səhər saatlarında tüstülənmə olub.

 

İnterAz-ın xəbərinə görə, region hökuməti administrasiyasından bildirilib ki, “Listvyajnaya” şaxtasında baş vermiş hadisə zamanı bir şaxtaçı ölüb, 43 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

 

Prokurorluqdan bildirilib ki, hazırda xilasetmə tədbirləri davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyi hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onlardan 236-nın artıq evakuasiya edildiyi barədə açıqlama yayıb. Təxliyə davam edir.

 

Hadisə yerinə sanitar vertolyotu ilə həkim briqadası göndərilib.

 

Qəzanın səbəbləri araşdırılır.

sss