Müəmmər Qəddafinin oğlu Liviyada keçiriləcək seçkilərdən uzaqlaşdırılıb

Liviyada keçiriləcək prezident və parlament seçkilərində Müəmmər Qəddafinin oğlu Seyful-islam Qəddafinin namizədliyi qəbul edilməyib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 09:52

Liviyada keçiriləcək prezident və parlament seçkilərində Müəmmər Qəddafinin oğlu Seyful-islam Qəddafinin namizədliyi qəbul edilməyib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Liviyanın Ali Seçki Komissiyası rəsmi facebook hesabı uzərindən bəyanat verib.

 

Bildirilib ki, Seyful-İslam Məhəmməd Qəddafi və digər 23 nəfərin seçkilərdə namziədlikləri qəbul edilməyib.

 

Seçki Komissiyası Qəddafinin oğlunun namizədliyinin qəbul edilməməsinin ölkə qanununun 120-ci maddəsinin yeddinci bəndinə, eləcə də 17-ci maddəsinin beşinci bəndinə əsaslandığını bəyan edib.

 

Qeyd edək ki, Liviyada ölkə üçün taleyüklü seçkilər gələn ayın sonunda keçiriləcək. Liviya Ali Seçki Komissiyası Qəddafinin oğlundan fərqli olaraq general Xəlifə Haftarın namizədliyini qəbul edib.

 

sss