Somalidə BMT konvoyuna bombalı hücum olub, ölənlər var

...paytaxtda baş verən partlayışda ən azı 5 nəfər ölüb, 23 nəfər yaralanıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 11:56

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib, ölənlər var.

 

İnterAz-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, paytaxtda baş verən partlayışda ən azı 5 nəfər ölüb, 23 nəfər yaralanıb.

 

Terror aktı ilə bağlı məsuliyyəti “Əl-Şəbab” terror qruplaşması öz üzərinə götrüb. Qruplaşmanın hərbi əməliyyatlarla bağlı sözçüsü Abdiasis Əbu Musab bildirib ki, hücumun hədəfi BMT-nin konvoyu olub.

 

Hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, yaxınlıqdakı məktəb uçub, avtomobillər yararsız hala düşüb.

sss