İran və Ermənistanın xarici işlər nazirləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 12:07

 İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, iki ölkənin XİN rəhbərləri ötən gün axşam baş tutan bu telefon danışığında qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.

 

Tərəflər qarşılıqlı iqtisadi əlaqələri, birgə iqtisadi komissiyanın işini, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Türkmənistanda dövlət başçıları müstəvisində keçiriləcək toplantısını, eləcə də Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.

 

İranın xarici işlər naziri son zamanlarda Cənubi Qafqazda vəziyyətin gərginləşməsindən narahat olduğunu dilə gətirib, tərəfləri  təmkinli davranmağa çağırıb və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağı istəyib.

sss